إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Lənkəran Cil kənd “Hüseyniyyə” məscidi dini icması orta məktəbdə maarifləndirici tədbir keçirib

Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində aprelin 3-də Lənkəran rayonu Cil kənd R.İbadov adına tam orta məktəbində vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Cil kənd “Hüseyniyyə” məscidinin axundu, dini icmanın sədri Əliəşrəf Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, Lənkəran İH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov, məktəbin müəllim və şagird heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin humanist və insani dəyərlərlə zəngin olan din olduğunu diqqətə çatdıraraq dinimizin olduğu kimi gənclər arasında təbliğ olunmasının zəruriliyindən bəhs edib.

Çıxış edən Cil kənd orta məktəbin direktoru Ağamoğlan Həbibov İslam dininin sülh, qardaşlıq dini olduğunu, insanları həmrəyliyə, birliyə çağırdığını qeyd edib.

Lənkəran ŞİH-in dini qurumlarla işin təşkilatçısı Asif İmanlı vətənpərvərliyin müqəddəs hiss olduğunu, vətən uğrunda şəhid olanların hər birimiz üçün nümunə olduğunu bildirib.

Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov çıxışında  məktəblərdə vətənpərvərlik ruhunda keçirilən belə maarifləndirici tədbirlərin önəmini vurğulayaraq Azərbaycan gənclərinin dövlətinə, xalqına bağlı gənclər olduğunu diqqətə çatdırıb.

Cil kənd “Hüseyniyyə” məscidinin axundu, dini icmanın sədri Əliəşrəf Əliyev İslamda vətən sevgisi haqqında məlumat verib.

Cil kənd orta məktəbin Rus dili müəlllimi Səbirə Xurşudova İslam dininin qadınlara verdiyi dəyər, qiymət, qadınların müqəddəsliyi haqqında fikirlərini bölüşüb.

Tədbirdən sonra 2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş Cil kənd sakini Əlizaman İslamovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2017  15:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!