إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu rayonu Çiyni kənd məscidi dini icmasının “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi” layihəsi çərçivəsində “İslamda tolerantlıq və vəhdət” adlı maarifləndirici tədbir keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə  DQIDK mətbuat xidməti məlumat yayıb.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov, Çiyni kənd Mədəniyyət Evinin direktoru Əzizağa Əzizov, Ağsu Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Kərimov, dini icmanın sədri Elşən İsmayılov, dini icma üzvləri və gənclər  iştirak ediblər.

Çıxışlarda tolerantlıq və vəhdətin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olması diqqətə çatdırılıb.

Qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biridir və ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.





Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2017  13:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!