إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Paytaxtın Nizami rayonunda yerləşən orta məktəbdə dini-maarifləndirici tədbir keçirilib

Paytaxtın Nizami rayonunda yerləşən şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq maarifləndirici tədbir keçirilib.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,Həmrəylik-birliyə çağırış metodu kimi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Fidan Aslanova, Nizami r-n İcra hakimiyyəti  dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov,  məktəbin direktoru Əli Alıyev, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Əli Alıyev mənəvi dəyərlər sistemimizin ayrılmaz parçası olan İslam dininin humanist və sülhsevər din olduğunu qeyd edib, məktəblərdə bu mövzuda maarifləndirmə tədbirlərinin təşkilinin xüsusi əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.

Filmin nümayişindən sonra çıxış edən DQİDK əməkdaşları Nuru İmanov və Fidan Aslanova cəmiyyətdə milli-mənəvi dəyərlərimizin ayrılmaz bir parçası olan müqəddəs dinimiz İslama münasibətin düzgün və sağlam əsaslarla formalaşdırılmasının vacibliyindən söz açıblar. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisə olduğunu ifadə edən geniş məruzələrlə çıxış ediblər.

Nizami RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov öz çıxışı zamanı dini maarifləndirmə sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən söz açıb.

Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2017  10:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!