|
Mətbu orqanlar intihar hadisəsinin üstünə açıq şəkildə getməməlidir - Adil Əliyev"İntihar etməyə hazırlaşan insanın ilk növbədə ətrafı bunu görməlidir. Ətrafı görüb bilməlidir ki, bu insanın kömək yeri yoxdur, özündə deyil və çox fikirlidir. Həmçinin bilməlidir ki, bu insan əvvəlki kimi başqa insanlarla ünsiyyətdə deyil". Ahlibeyt.az-ın məlumatına görə,bunu Salamnews-a açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev deyib. Deputat bildirib ki, əvvəllər də Azərbaycanda intihar hadisələri olub, bu gün də var. Lakin Azərbaycanda intihar hadisələrinin sayının çoxaldığını demək yanlışdır: "Sadəcə son zamanlar mətbu orqanların sayı çox olduğundan, həmçinin sosial şəbəkələrdə bu kimi məlumatların şişirdilməsi insanlarda elə təəssürat yaradıb ki, guya ki, Azərbaycanda intihar halları çoxdur. Əksinə, Azərbaycanda intihar halları azalıb. Düzdür, müəyyən qədər problemlərimiz var. İnsanlarımız hər hansı addım atmadan bir çox şeyə nail olmaq istəyirlər. Nail olmadıqda isə bunu problem kimi büruzə verirlər". "Ümumiyyətlə intihar cəmiyyətimizdə mövcud olan problemlərdən biridir. Biz cəmiyyətimizlə birlikdə buna qalıb gələ bilərik. Televiziya, mətbu orqanlar vasitəsi ilə təbliğat işləri aparmaq lazımdır. Biz bir cəmiyyət olaraq bu problemin üstünə getməliyik və bunun qarşısını birlikdə almalıyıq. Əgər problem varsa, həll olunmalıdır. Problemin üstünü örtməklə bu həll olunmur. Hesab edirəm ki, saytlar, mətbu orqanlar intihar hadisəsinin üstünə açıq şəkildə getməməlidir. Hadisə olubsa, hər şey bitib. Artıq bu istintaqın işidir ki, hadisəni araşdırsın", - deyə Adil Əliyev qeyd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Mart, 2017 15:37 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |