إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Xamenei - Həzrət Zəhra(s.ə) həqiqi rəhbər, nümunəvi həyat yoldaşı və ana üçün kamil bir örnəkdir

Ayətullah Xamenei - Həzrət Zəhra(s.ə) həqiqi rəhbər, nümunəvi həyat yoldaşı və ana üçün kamil bir örnəkdir

İslamın bu böyük xanımının həqiqi rəhbər, habelə nümunəvi həyat yoldaşı və ana rolunda sərgilədiyi davranış və həyat tərzi müsəlman qadını üçün kamil bir örnəkdir

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumata görə, bunu  İranın ali dini lideri Ayətullah Xamenei Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günü Əhli-beyt(ə) şair və məddahları ilə görüşü zamanı qeyd edib.

Ali dini lider görüş zamanı dildirib:

“Gözəl poetik zövqü və yüksək ifadə qabiliyyətinə malik olan Əhli-beyt şairləri bu günün tələb və vəzifələrinə uyğun olaraq o böyük öndərlərin fikirlərini və mövqelərini cəmiyyət arasında geniş diskursa(ictimai fikirə,təfəkkürə, mühakiməyə yönləndirmə) çevirməlidir.

Dünya xanımlarının xanımının ilahi və mənəvi məqamlarını dərk etmək insanın dərk və düşüncəsi xaricindədir.Əziz Peyğəmbərin (s) vəfatından sonrakı son dərəcə ağır şəraitdə, hətta böyük səhabələrin (bir neçəsi istisna olmaqla) də Əmirəl-mömininin(ə) haqqını müdafiə etmədikləri bir vaxtda Həzrət Zəhra(s.ə) məscidə getmiş və haqqın müdafiəsinə qalxaraq məşhur fəsahətli xübəsini oxumuşdur.

Həzrət Zəhranın (s.ə) imamətin müdafiəçisi və həqiqi bir rəhhbər rolunda sərgilədiyi böyük davranış heç bir fədakarlıqla müqayisəyə edilə bilməz. Bu böyüklüyünə görədir ki, özü alim, fəqih və arif olan böyük imamımız (Ayətullah Xomeyni) kimi bir şəxsiyyət deyirdi ki, əgər Həzrət Siddiqeyi-Kübra kişi olsaydı, peyğəmbər olardı.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) İslam qadınının ən kamil nümunəsi olduğunu və İslam qadınına xas olan ən yüksək səviyyədə, yəni bir rəhbər səviyyəsində dayandığını deyən Ayətullah Xamenei müsəlman qadınının rolu və mövqeyinin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd etdi: “İnsanın dərk və düşüncəsinin fövqündə dayanan əzəmət və məqam sahibi olmasına baxmayaraq, Həzrət Fatimeyi-Zəhranın (s.ə) məşğuliyyətlərindən biri onun ana, həyat yoldaşı və evdar xanım rolunda sərgilədiyi davranışlardır”.

İslamın qadına baxışı ilə bağlı Qərbin irəli sürdüyü qüsurlu və puç sözləri şüar etməklə qadına zərər vurmaq istəyənlər bəzi şəxslər,bu qafil aldanmışlar qadının evdarlığını təhqir sayır, halbuki evdarlığın mənası insan tərbiyə etmək, yaranış aləminin ən üstün məhsulunu, yəni insan yetişdirməkdir.

Qadın hüquqlarının müdafiəsi adı altında irəli sürülən bəzi fikirlər əslində, qadının zəiflədilməsinə xidmət edir.Qərb dünyasında qadına əmtəə və həzz vasitəsi kimi baxılması böyük ehtimalla insan cəmiyyətini məhv etmək məqsədi güdən sionistlərin məkrli planlarının tərkib hissəsidir. Ancaq təəssüflər olsun ki, ölkənin daxilində, hətta bəzi islami mühitlərdə də əslində, qadının alçaldılması və təhqir olunmasına hesablanmış vəzifə və gözləntilər müəyyən edilir.

Allah-taala tərəfindən qadın və kişiyə bəxş edilmiş bəzi oxşar və fərqli cəhətlərə mövcuddur.lakin mənəvi məqamlara yüksəlmək, rəhbərlik qüdrəti, insanları doğru yola yönəltəmək kimi cəhətlərdən qadınla kişi arasında heç bir fərq yoxdur. Ancaq idarəçilik vəzifələri və bu kimi aspektlərdən onlar bir-birlərindən fərqlənir. Bütün bu xüsusiyyətlərin nümunəsi Həzrət Fatimeyi-Zəhradır (s.ə)”.

Ayətullah Xamenei Qərbdə gender bərabərliyi və cinsi ədalət kimi anlayışların geniş yayılmasına işarə edərək dedi:

“Ədalətin mənası Allahın verdiyi imkanların öyrənilməsi və çiçəkləndirilməsidir.

Bu gün Qərb alimləri və gender bərabərliyi kimi məsələləri irəli sürən insanlar səbəb olduğu fəsadlara görə gördükləri işin peşimançılığını çəkir. Ümidvarıq ki, ölkədə bu mövzuları qabardan insanların məqsədi həmin yanlış Qərb konsepsiyası deyil”.

Əhli-beytin(ə) mədh edilməsi insani, iman və sənət nümunəsidir.Bu unikal nümunənin  tamamilə İslam və müsəlmanların xeyrinə, Allahın razılığının qazanılmasına necə xidmət edəcəyini düşünün. Çünki dünya və dünyəvi təriflərin heç bir dəyəri yoxdur.

Mədhiyyə xüsusi bir sənət üslubudur.Gözəl səs, isti və cazibədar qırtlaq nemətinin qorunmasının zəruri olduğunu vurğuladı: “Mədhiyyə janrı digər sənət üslubları ilə qarışdırılmamalıdır. Məsələn, Əhli-beytin (ə) mədh və müsibətinə həsr edilmiş bir şeir din və mənəviyyatdan uzaq olan, fəsad və maddiyat içində qərq olmuş bir adama xas olan mahnının qəlibində oxunmamalıdır.

Mədihhəyiçilikdə məzmun Əhli-beytlə (ə) bağlı məlumatların artırılmasına və insanların dini vəzifələrlə tanış edilməsinə xidmət etməlidir.Məddahlar müasir dünya, zamanın tələbləri, vəzifə və mövqeləri nəzərə alaraq cəmiyyətdə geniş yayılmış diskurs  yaratmağı bacarmalıdır.

Əhli-beytə (ə) əsl xidmət cəmiyyətdə o böyük şəxsiyyətlərin fikirləri, siyasətləri və mövqelərinin günü-gündən yayılmasına səy göstərməkdir.Bu hərəkət ölkəni, dövləti və xalqı izzətli və mətin edəcək, poblemləri aradan qaldıracaq. Bizim stabil bir cəmiyyətə, yaxşı administrativ heyətə malik olmağımız, müstəqillik və azadlığımızın olması İslam üçün ən yaxşı təbliğdir”.

Qeyd edək ki,görüşün əvvəlində Əhli-beyt məddahları Xanım Fatimeyi-Zəhranın(s.ə) fəzilət və üstün keyfiyyətlərini ehtiva edən mədhiyyələr oxunub.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Mart, 2017  13:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!