|
Xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirik"Bu bayram hər bir ailəyə bol sevinc və ruzi-bərəkət bəxş eləsin, Hamınızın əziz Novruz bayramınız mübarək olsun!” Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir. Novruz bahar gecə-gündüz bərabərliyidir.Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. "Novruz" sözü fars dilindən tərcümədə “yeni gün” deməkdir. Onun yazılışı və ifadəsi müxtəlif ölkələrdə fərqlidir-Novruz, Navruz, Nuruz, Nevruz, Naurız, Nooruz və s. Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir. 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib. Qeyd edək ki, bahar fəsli Azərbaycana bu il martın 20-də, Bakı vaxtı ilə saat 14:29-da daxil olur, martın 19-u Azərbaycanda bayram axşamı, martın 20-i isə bayram günü hesab olunur. Ahlibeyt.az redaksiyası bütün oxucularını və həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edir.Sizlərə və yaxınlarınıza bayram əhval-ruhiyyəsi, cansağlığı, xoşbəxtlik, müvəffəqiyyət,Allah məhəbbəti və bu yolda sabit qədəmlər diləyirik! Allahdan diləyirik ki,tezliklə işğal olunmuş ərazilərimiz azad edilsin Ahlibeyt.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Mart, 2017 12:21 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |