إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Prezident İlham Əliyev - Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar tarix boyu əmin-amanlıq şəraitində yaşayıb

Avropa ilə asiyanın qovşağında yerləşən qədim Azərbaycan torpağında müxtəlif dinlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub insanlar tarix boyu əmin-amanlıq şəraitində yaşayıb. Azərbaycan xalqı bu gün də özünün dərin tarixi köklərə malik, zəngin tolerantlıq və multikultural ənənələrini qoruyur, sivilzasiyalararası dialoqa, İslam daxili və konfessiaylararası həmrəyliyə öz tövhələrini verir.

Ahlibeyt.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı təbrikində qeyd edib.

Dövlət başçısı bildirib ki,zamanın çağrışlarına səsə verən İslam həmrəyliyinə həsr olunmuş konfransın keçirilmə məkanın dəqiq seçilməsi şübhəsizdir:

"Məmuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunduqdan sonra xalqımız öz tarixi, mənəvi ənənələrinə sadiqliyini böyük coşqunluqla bir daha nümayiş etdirdi.Bu münasibətlə Azərbaucanda və xaricdə bir sıra əhəmiyyətli və faydalı tədbirlər keçirildi. Dünyada multikulturalizmin Azərbaycan modelinə xüsusi maraq və diqqət yarandı. Bütün bunlar ona gətirdi ki, ötən ilin məntiqi davamı olaraq 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edildi.

Müasir dünyamızda İslam həmrəyliyiin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır.

Bununla yanaşı, islam həmrəyliyi dedikdə, həmçinin islam və digər dinlər arsında harmonyanın yaranmasını nəzərdə tutulur. Buna nail olmaq əslində dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, islam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək və real addımlar atmaq lazımdır. Sizin konfransınız Azərbaycanda islam həmrəyliyi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərin artıq başlanmasına ciddi bir işarədir.

Bu gün islama və digər konfessiyalara mənsub görkəmli alimlərin, din xadimlərinin dinlərarası mühüm aktual məsələlərin belə yüksək səviyyədə müzakirə etmələri özünün müstəsna elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dünyası və xalqları, eyni zamanda dünya dövlətləri və xalqları arasında qardaşlıq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət etməlidir.

Ümüdvaram ki, konfrans nəinki islam aləmində, bütün dünyada həmrəylik və dostluğun daha da möhkəmlənməsi işinə öz lazimi töhfəsini verəcək.Bu nəcib fəaliyyətinizdə bir olan Uca Allahdan sizə könül xoşluğu, can sağlığı və konfransınızın işinə uğurlar arzulayıram".

Məktubu millətlərarası, multikulturalizm və dini məslələr üzrə dövlət müşaviri Kamal Abdullayev oxuyub.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2017  15:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!