إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda hansı ölkə nə qədər məscid tikdirib?

2016-cı ilin statistikasına əsasən, işğal olunmuş rayonlar istisna olmaqla Azərbaycanda 2 min 166 məscid var. Onlardan 209-u Naxçıvan Muxtar Respublikasında, 135-i Bakıda Bakıda yerləşir. Qalanları isə digər bölgələrin payına düşür.

Ahlibeyt.az-ın Modern.az-a istinadən məlumatına görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici dövlətlər və onların nəzarətində olan təşkilatlar tərəfindən ölkəmizdə 119 məscid tikilib. Bu məscidləri ötən əsrin 90-cı illərində Türkiyə, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, İran inşa edib.

Türkiyə tərəfindən Azərbaycanda tikilən məscidlərin sayı 23-dür. Bunlardan 7-si Türkiyənin Diyanət İşləri Başqanlığı tərəfindən Bakı, Qusar, Yevlax, Ağdamda tikilib. Gəncliyə Yardım Fondu isə Oğuz, İsmayıllı, Zaqatala, Qəbələ, Göyçay, Ağsu, Şamaxı, Şəki, Kürdəmir rayonlarında 12 məscid inşa etdirib.

Türkiyəli iş adamları Sumqayıt, Xaçmaz və digər rayonlarda tikdirib.
Azərbaycanda xarici ölkələr tərəfindən tikilən və bərpa olunan məscidlərin  3-də 2-si Küveytin payına düşür. Küveyt ümumilikdə Azərbaycanda 73 məscid tikdirib.

Bunlardan 56-sı “İslam İrsinin Dirçəlişi” Cəmiyyəti, 15-i Asiya Müsəlmanları Komitəsi, 1-i İslam İnkişaf Bankı, 1-i isə Küveyt vətəndaşı tərəfindən tikilib.
Maraqlıdır ki, “İslam İrsinin Dirçəlişi” Cəmiyyətinin tikdirdiyi məscidlərdən 14-ü hazırda fəaliyyət göstərmir. Onlar təriqətçilik meylləri nəzərə alınandan sonra fəaliyyətini dayandırıb.

Səudiyyə Ərəbistanı isə Azərbaycanda 3 məscid tikdirib. Beynəlxalq İslam Gənclər Assambleyası Şirvanda 1 və Gədəbəy rayonunun mərkəzində 1 məscid inşa etdirib. Səudiyyə Ərəbistanı hökuməti Astara rayonunun Vəznəş kəndində 1 məscid tikdirib.

Qətər isə Azərbaycanda cəmi 1 məscidin əsasını qoyub. “Qətər” Xeyriyyə Cəmiyyəti tərəfindən Qaxda inşa edilmiş məscid hazırda da fəaliyyət göstərir.

İran yalnız 1 məscid tikdirib. Bu məscid Bakıdakı Hüseyniyyə məscididir. Məscid İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birbaşa nəzarəti altında fəaliyyət göstərir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Mart, 2017  12:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!