|
|
İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcəkBakı 2017 İslam Həmrəyliyi Oyunları 12-25 may tarixləri arasında keçiriləcək. Yarışlarda 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. Bəs İslam Həmrəyliyi Oyunları zamanı idmançıların qida təminatı necə həyata keçiriləcək? Ahlibeyt.az-ın məlumatına görə. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının mətbuat xidmətinin rəhbəri Cəmilə Cəfərzadə Modern.az-a açıqlamasında deyib ki, idmançıların İslam ölkələrindən olduğu nəzərə alınacaq. Oyunlar keçirilən müddətdə yarış iştirakçılarına “Halal” sertifikatı almış hər bir ərzaqla təminata icazə veriləcək. “Buraya “Halal” sertifikatı olan bütün məhsullar daxildir: 1. Bişirilmiş və emal edilmiş ət 2. Çiy ət 3. Bütün pendir növləri Bizim təchizat zəncirində bütün ərzaq təminatçılarının “Halal” sertifikatına malik olması, eləcə də ərzaq gigiyenası standartlarına riayət olunmasına nəzarət edilir. “Halal” olmayan tərkibdə hər hansı bir qida, belə ki, jelatin və maya kimi qeyri-halal tərkiblər çörək məhsullarına qatılmamalıdır. Bəzi məhsullara məhdudiyyətlər qoyulsa da, “Halal” məhsullar ümumi menyunun məzmununa təsir etməyəcək. Biz bütün idmançıların pəhriz tələblərini də qarşılayacağıq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2017 15:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |