|
|
Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcəkNovruz Bayramı ərəfəsində sərnişindaşımanın təşkil edilməsi məqsədilə və İran İslam Respublikası ərazisində martın 21-dən etibarən yay vaxtına keçidlə əlaqədar olaraq, 15/16 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.
Ahlibeyt.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azertac-a bildirilib ki, martın 16-dan etibarən aprelin 6-dək qatar həftədə iki dəfə - həftənin cümə axşamı və bazar günləri Naxçıvandan yola düşəcək, həftənin cümə və bazar ertəsi günləri Məşhəd stansiyasına çatacaq. Həftənin şənbə və çərşənbə axşamı günləri isə Məşhəddən geriyə yola düşəcək, həftənin bazar və çərşənbə günləri Naxçıvana çatacaq.
Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı dekabrın 29-dan etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.
Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəli
Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəli
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2017 10:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |