إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakı şəhər məktəb direktorlarının iştirakı ilə dini maarifləndirmə mövzusunda tədbir keçirilib

Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, hər iki qurumun əməkdaşları və paytaxtın məktəb direktorları iştirak ediblər.

Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə. Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) birgə təşkilatçılığı ilə dini maarifləndirmə mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd dini bilgilərin artırılması, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin təmin edilməsindən ibarətdir.

Öncə DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Təhsil Nazirliyi və DQİK tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, paytaxt məktəblərində müvafiq tədbirlərin keçirildiyini bildirib. İdarə müdiri gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyini vurğulayıb.

Tədbirdə  DQİDK sədri Mübariz Qurbanlı gənclərin dini radikalizm və ekstremizmin zərərli təsirlərindən qorunması istiqamətində aparılan maarifləndirmə işlərindən danışıb. Komitə sədri qeyd edib ki, ümumtəhsil müəssisələrində dini bilgilərin artırılması ilə bağlı yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.

Gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayaraq, bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsindən danışıb. Bildirib ki, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi uşaqların və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti əsasında ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, Uşaq Birliyi Təşkilatı rəhbərləri, kitabxanaçılar üçün milli-mənəvi və ümumbəşəri dəyərlərin izahı, təbliği və tədris prosesi ilə əlaqələndirilməsi məsələlərini əhatə edən tövsiyə xarakterli mühazirələr keçirilir. Eləcə də,  VIII-XI sinif şagirdlərinin, həmçinin məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək”, “Mənəviyyatlı şəxs kimdir?”, “Milli bayramlarımızın nümunəsində xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması”, “Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir” mövzularında rəy sorğuları, seminar və diskussiyalar, “İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələr təşkil edilir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2017  13:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!