|
|
“Azərbaycan memarlıq abidələrinin tipologiyası: XI-XVII əsrlər” kitabı çapdan çıxıbMemarlıq doktoru, professor Rayihə Əmənzadənin “Azərbaycan memarlıq abidələrinin tipologiyası: XI-XVII əsrlər” kitabı çapdan çıxıb. Ahlibeyt.az-ın Azertac-a istinadən məluçatına görə, nəşrin elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadədir. Dərs vəsaitində XI-XVII əsrlərdə Azərbaycanın memarlıq abidələrinin tipoloji təsnifatı ilə yanaşı, onların formalaşma xüsusiyyətləri verilib. Həmçinin hər regionun təbii iqlim şəraiti və memarlıq məktəblərinin gözdən keçirilən abidələrin formalaşmasındakı rolu xüsusi qeyd edilib. Kitabda orta əsrlər Azərbaycan monumental tikililəri ümumiləşdirilir və onların geniş tipoloji spektri təqdim edilir. Memarlıq tipologiyasında dini, xatirə, mülki, ticarət və müdafiə qurğuları və tikililərin titul siyahısı ehtiva olunur, xalqımızın memarlıq mədəniyyətinin bir çox cəhətləri və abidələrin funksional müxtəlifliyi işıqlandırılır. Tarixi mədəni irsə diqqət kimi prioritet vəzifəyə hesablanmış bu dərs vəsaiti memarlıq ixtisası üzrə bakalavr və magistrlər üçün nəzərdə tutulub, eyni zamanda, memarlıq tarixi ilə məşğul olan mütəxəssislər üçün dəyərli mənbədir. Şərhlərdə orta əsr qaynaqlarına, Avropa və rus müəlliflərinə istinad edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Mart, 2017 14:58 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |