|
|
Ərəb alimi İbn Makulanın Azərbaycan mühəddisləri haqda kitabı nəşr olunubAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın rus dilində "Ибн Макула о мухаддисах Азербайджана" (“İbn Makula Azərbaycanlı mühəddislər haqda") kitabı çapdan çıxıb. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, nəşrdə orta əsrlərin məşhur ərəb alimi İbn Makulanın (1030 – 1082) “Əl-İkmal” əsəri araşdırılır. Həmçinin Naxçıvan, Gəncə və digər bölgələrdə azərbaycanlı mütəfəkkirlərlə görüşən, dini mərkəzləri, kitabxanaları gəzən İbn Makulanın altmışdan çox Azərbaycan üləması, o cümlədən mühəddislər (hədis alimləri), dilçilər, fəqihlər, sufilər, şairlər, katiblər, hafizlər və sərkərdələr haqqında məlumatları kitabda öz əksini tapıb. Kitab orta əsr tarixini tədqiq edən alimlər, müəllim və tələbələr, Azərbaycan tarixi ilə maraqlananlar üçün dəyərli elmi mənbədir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2017 18:36 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |