إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

QMİ-də Xanım Fatimeyi-Zəhranın (ə) şəhadət günü ilə bağlı mərasim keçirilib - Foto

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalan övladı və onun nəslinin davamçısı Həzrət Fatimeyi-Zəhranın (ə) şəhid edilən günü ilə bağlı anım mərasimi keçirilib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, din xadimlərinin, ilahiyyatçı alimlərin Bakı İslam Universitetinin müəllim və tələbələrinin iştirak etdiyi mərasim Qurani-kərimin tilavəti ilə başlayıb. Mərasimdə, həmçinin İslam dininin möhkəmlənməsi və Azərbaycanın ərazi bütövlüyü yolunda həyatlarından keçən şəhidlərin xatirəsi yad olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Həzrət Fatimeyi-Zəhranın (ə) vəfatı münasibətilə keçirilən anım mərasiminin ənənəvi xarakter daşıdığını bildirib.

QMİ sədri ölkədə aparılan din-dövlət siyasəti, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait barədə danışıb: "Dindarlar Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi, sabitliyin möhkəmlənməsi üçün çalışırlar".

Sonra çıxış edən ranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam vəl müslimin Seyid Əli Əkbər Ocaqnejad başsağlığı verib. Bildirib ki, hər il Fatimeyi-Zəhranın (ə) şəhadət günü müsəlmanlar tərəfindən qeyd olunur.  Xanım Zəhra (s.ə) cəmiyyət üçün nümunədir. Xanım Fatimənin parlaq siması islamda qadın ucalığının ən gozəl numunəsidir.

Daha sonra məddahların ifasında surudlar ifa olunub.

Qeyd edək ki, mərasimdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib. Mərasimin sonunda ehsan süfrəsi açılıb.

.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2017  16:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!