|
|
MN: Mövqelərimiz iriçaplı pulemyotlardan, 82 və 120 millimetrlik minaatanlardan atəşə məruz qalıbErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 17 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə müdafiə nzirliyi mətbuat xidməti məlumat yayıb. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Mart, 2017 10:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |