|
Kaliforniya universitetində Quran tərcümələri və Hicab sərgisiKaliforniyanın "Çapman" universitetinin müsəlman tələbələri "hicab günü" sərgisi keçirərək İslam barədə yaranmış yanlış təsəvvür və "islamofobiya" ilə mübarizədə Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, Amerikanın Kaliforniya əyalətinin "Çapman" universitetinin müsəlman tələbələri "hicab günü" sərgisi keçirərək İslam barədə yaranmış yanlış təsəvvür və "islamofobiya" ilə mübarizədə cəmiyyət üçün müəyyən işlər görməyə çalışmışlar. Bu proqram çərçivəsində sərgiyə baxış keçirənlər üçün İslami geyim modellərini, o cümlədən "hicab" və İslami papaq geyinməyi sınamaq üçün də lazım olan şərait yaradılıb və sərginin ziyarətçilərinə hicab bağlama metodları da öyrədilib. Bundan əlavə qonaqlara İslam mədəniyyəti barədə danışılıb, İslami ölkələrin yeməklərindən təqdim edilib. İslami geyimlər sərgisi çırçivəsində Qurani-Kərimin İngilis dilinə müxtəlif tərcümə nüsxələri də nümayiş olunub. Kaliforniyanın "Çapman" universitetinin müsəlman tələbələri birliyi bu sərginin keçirilməsində "Orenc Kanti" İslam müəssisəsindən də maddi köməklər alıblar. Bu müəssisə sərgi ziyarətçilərinə hədiyyə paylmaq üçün 150 yaylıq, 30 kişi papağı (araqçın) göndərib. Bu sərgi Kaliforniyanın "Çapman" universitetinin qeyri- müsəlman tələbələri tərəfindən da maraqla qarşılanıb. Tələbələrdən biri öz təəssüratını belə izah edib: Mən bu sərgidən öncə hicab örtülməsinin fəlsəfə və hədəfini dərk edə bilməmişdim, amma burada müsəlman birliyinə üzv tələbələrdən biri bunu mənim üçün açıqladı və izah etdi ki, hədəfimiz insanları digərlərinin zahirinə deyil, şəxsiyyət və təfəkkürünə dəyər verməyə dəvət etməkdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Fevral, 2017 17:44 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |