إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edilib

Fevralın 24-də paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.

Ahlibeyt.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azertac-a bildiriblər ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dərsləri tədris edən müəllimlər 25 il bundan əvvəl Xocalının sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.

Dərslərdə şagirdlər təcavüzkar ermənilərin tarix boyu apardıqları mənfur siyasətlərdən danışıb, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində paytaxt məktəblərinin kollektivləri “Ana fəryadı” abidə kompleksini ziyarət edirlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2017  11:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!