|
|
Dünyasını dəyişən kəslərin məskəni haradadır?Qiyamət günü Adəmdən bu yana bütün ölənlərin dirilib, qiyamət sorğusuna çəkiləcəyini, kiminin behiştə, kimininsə cəhənnəmə sakin olacağını bilirik. Bəs, hal-hazırda dünyadan köçənlər qiyamət gününədək harada gözləyir? Qurani-kərimdə buyurulur: "(Ölənlər geri qayıda bilməz) onların qarşısındakı qaldırılacaq günədək aralıq (bərzəx) vardır"(«Möminun» ayə 100) Qiyamət qopan anadək dünyasını dəyişən kəslərin müvəqqəti yerləşdiyi məskən ərəbcə «bərzəx» adlandırılmışdır. Bu sözün lüğəti mənası, «iki şey arasında yerləşən»dir. Ayə və hədislər dünya və axirət arasında belə bir aləmin olduğunu təsdiq edir. İmam Sadiq (ə) buyurur: "Bərzəx, dünya və axirət arasında mükafat və cəza verilən qəbr aləmidir. And olsun Allaha, yalnız sizin bərzəx dünyanız üçün qorxuruq"(Təfsiri Nurus-səqəleyn 2-ci cild səh 553) Bəzi rəvayətlərdə insanlar xalis mömin, xalis kafir və orta vəziyyətdə olmaqla, üç qrupa bölünürlər. Xalis möminlər bərzəx behiştinə, xalis kafirlər bərzəx cəhənnəminə gedirsə, üçüncü qrup mənsub insanlar bərzəxdən qəflət içində keçirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2017 16:58 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |