|
|
Qax “Şəhər” məscidi dini icması maarifləndirmə tədbiri keçiribQax rayonunda Qax “ Şəhər” məscidi dini icmasının dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” adlı layihənin “Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi” adlı maarifləndirmə tədbiri keçirilib. Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda Qax “ Şəhər” məscidi dini icmasının sədri Hacı Əsgərov və dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə Qax “Şəhər” məscidi dini icmasının sədri Hacı Əsgərov açaraq milli-mənəvi dəyərlərimiz, birgəyaşayış mühiti haqqında geniş məlumat verərək milli-mənəvi dəyərlərimizin tarixən necə formalaşdığı, dinimizin vəhdət və bir olmaq anlayışlarına hansı prizmadan baxması və bu prinsiplərin nə dərəcədə həyatımızda əks olunmasından ətraflı şəkildə danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov çıxışında Azərbaycan xalqının milli-mənəvi dəyərləri haqqında danışıb və bu dəyərlərin insanlar arasında vəhdəti necə formalaşdırdığını, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasının əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, bu layihə tədbirləri 27 noyabr 2014-cü il tarixində cənab prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə dini icmalara maliyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Fevral, 2017 13:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |