|
|
QMİ-də Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları ilə görüş keçirilibBu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalzm Azərbaycanda həyat tərzi kimi” II Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində Azərbaycanın və 16 xarici ölkənin ali məktəblərində təhsil alan 32 tələbənin iştirakı ilə görüş keçirilib. Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, görüşdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, İdarə kollektivi, elm xadimləri və İslam Universitetinin müəllim-tələbə heyəti, o cümlədən digər dini konfessiya rəhbərləri iştirak edib. Mərasimdə çıxış edən QMİ sədri A.Paşazadə iştirakçıların diqqətinə çatdırıb ki, bu gün Azərbaycanda bütün dini konfensiyaları nümayəndələri rahat şəkildə yaşayır. Azərbaycanda sabitlik, inkişaf, birlik və tolerantlığın hökm sürməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, ulu öndərin müdrik siyasəti nəticəsində mümkün olub və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Son zamanlarda dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycanın multikultural həyat tərzi nadir mədəniyyət nümunəsidir. Bu bizim həyat tərzimizdir, biz bunu örnək olaraq dünyaya təqdim edirik
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2017 12:24 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |