|
|
"Xanım Fatimeyi Zəhra" məscidinin imam-camaatı ibadət evi ilə bağlı yaranmış problemə aydınlıq gətiribBu gün cümə xütbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin imam-camaatı Hacı Ramil Bədəlov ibadət evi ilə bağlı yaranmış suallara aydınlıq gətirib. Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə, Hacı Ramil Bədəlov cümə xütbəsində növbəti dəfə məscid məsələsinə toxunub. Məlumata görə, ilahiyyatçı mövzu ilə əlaqədar müvafiq qurumlarla görüşlərin olduğunu bildirib: "Keçən cümədən bəri çox suallar gəlir, məsələnin nə yerdə olduğunu ve necə olacağını soruşurlar. Həftə içi Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri ilə gorüşlər oldu. Bizə məsələnin həlli istiqamətində müsbət atdımlar atılacağını və yaxın ərəfələrdə məscidin təmirinin başlayacağını bildirdilər". Ramil Bədəlov qeyd edib ki, tam nəticə ilə bağlı ictimayyətə geniş açıqlama veriləcək. Məscidin imam-camaatı sonda insanlardan sosial şəbəkələrdə ibadət evi ilə bağlı qıcıqlandırıcı sözlərə yol verilməməsini istəyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2017 17:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |