|
İslam Oyunları ilə bağlı bütün idman obyektlərində ibadət otaqları yaradılacaq“Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müxtəlif təriqətli müsəlman idmançılar və texniki heyətlər iştirak edəcək. Bu il bizdə Media Kəndi yoxdur, yalnız Atletlər Kəndi var. Ona görə də “Bakı-2017”-nin Atletlər Kəndində ibadət edəcək idmançılara şərait yaradılması üçün Heydər Məscidinin rəhbəri Hacı Sabir Həsənliyə müraciət etmişik". Ahlibeyt.az-ın məlumatına görə, bunu Salamnews-a açıqlamasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib. "Bu sahədə kömək üçün Hacı Sabir Həsənli bizə könüllülər göndərəcək ki, ibadət məsələlərində bizə yardım etsinlər. Biz istəyirik ki, hər bir ibadət edəcək şəxsin öz adət-ənənələrinə uyğun olan ibadət otaqları yaradılsın. İbadət otaqları Atletlər Kəndi ilə yanaşı bütün idman obyeklərində də olacaq. Ümumiyyətlə, biz idmançıların Bakı şəhərində görmək istədikləri yerlərlə bağlı bütün arzularını yerinə yetirəcəyik", - deyə direktor bildirib. Elçin Səfərov əlavə edib ki, builki İslam Oyunlarında iki gün cümə günlərinə düşür: "Oyunların açılış günü və bundan bir həftə sonra cümə günlərinə təsadüf etdiyindən idmançı və texniki heyətlərin məsciddə cümə namazı qılmaq istəyəcəklərini güman edirik. Ona görə, cümə namazlarının qılınması üçün hazırlıq işləri aparırıq". Qeyd edək ki, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları 2017-ci il may ayının 12-22-də Bakıda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2017 15:45 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |