|
Dövlət Komitəsi daha 12 dini icmaya maliyyə yardımı ayırdıFevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib.
Ahlibeyt.az-ın Dini komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətinə toxunan Səyyad Salahlı milli-mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb.
Komitə sədrinin birinci müavini, eyni zamanda, dini icma sədrlərinə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi, radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.
Maliyyə yardımı ayrılan Ağsu rayon Çiyni kənd məscidi dini icması “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi”, Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbə məscidi dini icması “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti”, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin rolu”, Lənkəran rayonu Cil kəndi "Hüseyniyyə" məscidi dini icması “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”, Kürdəmir şəhər (1) məscidi dini icması“ İslamda həmrəylik şüuru”, Sumqayıt Şəhəri, Sumqayıt stansiyası yaşayış massivi məscidi “Vəhdət” dini icması “İslam həmrəyliyi - dini vəhdətə çağırış”, Quba rayonu Xucbala kənd məscidi dini icması “İslam həmrəylik, bərabərlik dinidir”, Neftçala rayonu Xolqarabucaq kəndi “İmam Hüseyn” məscidi dini icması “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri”, Ağcabədi rayonu Salmanbəyli kəndi "Heydər" məscidi dini icması“ İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı”, Sabirabad rayonu Əsgərbəyli kəndi “İmam Əli” adına məscidin dini icması “Milli-mənəvi dəyərlərimiz və müasirlik”, Daşkəsən şəhəri “Cümə” məscidi dini icması“ Azərbaycan tolerantlığın məskənidir” layihələrini həyata keçirəcəklər.
Qeyd edək ki, dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Fevral, 2017 11:22 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |