|
“Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi oxucuların ixtiyarına verilibMədəniyyət və Turizm Nazirliyi tərəfindən azyaşlı və məktəbli oxucuların mütaliəsini artırmaq, ölkəmizdəki dövlət kitabxana fondlarının uşaq ədəbiyyatı nümunələri ilə zənginləşməsini təmin etmək məqsədilə “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi nəşr olunub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Nazirliyin məlumatında bildirilib ki, kitabın birinci cildi bütünlüklə Azərbaycan uşaq folkloru nümunələrindən (laylalar, oxşamalar, sanamalar, tapmacalar, yanıltmaclar, atalar sözləri, əfsanələr, rəvayətlər, qaravəllilər, nağıllar) seçilərək tərtib edilib. Toplu bədii materialların xronoloji ardıcıllığı gözlənilməklə hazırlanıb. Kitabın Azərbaycan klassik və müasir uşaq poeziyasını əhatə edən ikinci cildində 25 müəllifin şeirləri toplanıb. Antologiyanın bu cildində klassik şeirlərdəki müasir günümüzdə az istifadə olunan və ya istifadə olunmayan söz və ifadələrin izahları verilib. Yazıçı-şair Qəşəm İsabəylinin tərtibçisi və redaktoru olduğu antologiya “Renessans-A” nəşriyyat evində yüksək poliqrafik keyfiyyətlə çap edilib. “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2017 14:53 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |