|
|
Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən maarifləndirici tədbir keçirilib - FotoBərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən fevralın 7-də “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Multikultural cəmiyyətdə birgə yaşayışı şərtləndirən əsas amillər” mövzusunda maarifləndirici tədbir keçirilib. Ahlibeyt.az-ın dini komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Bərdə rayon İcra Hakimiyyəti şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov açaraq mövzu ilə bağlı geniş məlumat verib.
Multikultural və tolerantlıq dəyərləri haqqında, həmin dəyərlərin Azərbaycanda yüksək səviyyədə təbliğindən bəhs edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov bu sahədə dövlətin həyata keçirdiyi əhəmiyyətli tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxış edən natiqlər Azərbaycanda mövcud olan multikultural və tolerantlıq dəyərlərinin inkişaf etdirilməsindən bəhs ediblər.
Tədbirdə Bərdə 1 saylı uşaq incəsənət musiqi məktəbi tərəfindən təqdim olunmuş rəsm nümunələrinin sərgisi təşkil olunub. Sərginin sonunda Bərdə 1 saylı uşaq incəsənət musiqi məktəbinin rəsm müəllimi Cahid Cəbizadəyə DQİDK-nın dəstəyi ilə nəşr olunmuş jurnal və kitablar hədiyyə edilib.
![]() ![]() ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2017 11:41 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |