|
İslam Oyunlarının keçirilməsi müsəlman dövlətlərinin vəhdətini ortaya qoymuş olur - Raqif Abbasov"İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın İslam dəyərlərinə verdiyi bir töhfədir. Bu oyunlar sayca 4-cü dəfə keçiriləcək. Düşünürük ki, ayrı-ayrı dövlətlərin nümayəndələri burada olarkən öz gözləri ilə Azərbaycan həqiqətlərini görəcəklər". Ahlibeyt.az-ın məlumatına görə, bunu Salamnews-a açıqlamasında Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib. Baş İdarə rəisi qeyd edib ki, İslam Həmrəylik Oyunlarının keçirilməsi müsəlman dövlətlərinin vəhdətini ortaya qoymuş olur: "Biz bu yarışın gələcəkdə yeni müstəviyə qalxmasında maraqlıyıq. Ona görə də Azərbaycan özünün idman modelini təklif edir. Bizim açılış və bağlanış mərasimlərində dünyaya verəcəyimiz müsajlar maraqlı olacaq. Azərbaycan idmançıları da öz nəticələri ilə xalqımızı sevindirəcəklər". Qeyd edək ki, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12-22-də Bakıda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2017 15:35 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |