|
|
Xarici jurnalistlər Cocuq Mərcanlıda minatəmizləmə və tikinti işləri ilə tanış olublarAzərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan minatəmizləmə və tikinti işləri ilə tanış olublar. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumata görə, jurnalistlərə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və yerli icra strukturlarının nümayəndələri tərəfindən ətraflı məlumatlar təqdim olunub və jurnalistləri maraqlandıran suallara cavab verilib. KİV nümayəndələri Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılması və viran edilməsinin şahidi olublar.
KİV nümayəndələri 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Eyni zamanda, bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşüblər.
Məlumata görə, səfərdə “Reuters”, “Associated Press”, “Anadolu” və “İhlas” agentlikləri, TRT, İran Radio və Televiziya Təşkilatı, “Eurasianet”, "RİA Novosti", “Sputnik”, “İnterfaks-Azərbaycan”, “Efe” və digər media qurumlarının jurnalistləri iştirak edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2017 15:21 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |