|
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilibMilli Məclisin yaz sessiyasının ilk plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliklər müzakirə olunub. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, dəyişikliklərə əsasən inşaat işləri görülərkən abidə aşkar edilərsə işlər dayandırılacaq və iki ay müddətində tədqiqat işləri aparılacaq.Müvafiq orqanlara məlumat verildikdən sonra həmin orqanlar və elmi təşkilatlar tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir. Xatırladaq ki, bundan öncə qanunda bildirilirdi ki, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri AMEA-nın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər. Dəyişikliklər səsə qoyularaq qəbul olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2017 16:39 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |