|
|
Müdafiə Nazirliyi tabeliyində olan müəssisələrdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər proqramı həyata keçiriləcəkMüdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. Ahlibeyt.az-ın məlumatına görə,imzalanan sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.
İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.
Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların, tarixçilərin, elm xadimlərinin və ilahiyyatçı alimlərin iştirakı ilə “dəyirmi masa”ların təşkili də nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2017 13:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |