إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Şəki rayonu Cunud kənd məscidi dini icmasıi Biləcik kənd orta məktəbində maarifləndirici tədbir keçirib

Fevralın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Cunud kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə ənənəvi İslam dəyərlərinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində Şəki rayonu Biləcik  kənd orta məktəbində tədbir keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə DQİK mətbuat xidmətinin məlumatında bildirilir.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, Şəki Şəhər İcra Hakimiyyəti humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki rayonu Cunud kənd məscidi dini icmasının sədri Abbas Əliyev, orta məktəb müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev mövzu ilə bağlı məruzə ilə çıxış edib.

Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov çıxış edərək Azərbaycanın birgəyaşayış ənənəsi, bu ənənənin tarixən formalaşdığı və gələcək nəsillərə bu ənənəni çatdırmaqda üzərimizə düşən vəzifələri qeyd edib. Natiq bildirib ki, bu gün dünyanın müxtəlif yerlərində baş verən silahlı qarşıdurmalarda din amilindən istifadə dinimizin təlqin etdiyi birgəyaşayış ənənəsinə  mənfi təsir edir.

Şəki rayonu Cunud kənd məscidi dini icmasının sədri Abbas Əliyev dini ideyaların yayılmasının qarşısının alınmasında məqsədyönlü maarifləndirmə işinin aparılması, yetişməkdə olan gənc nəslə milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun düzgün şəkildə aşılanmasının vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov dini radikalizmə qarşı mübarizədə dini maariflənmənin əhəmiyyətini qeyd edib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2017  12:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!