|
|
Azərbaycan DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində 4 terrorçu məhv edilibTəxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları zərərsizləşdirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib. Məlumata görə, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib.
Təxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q. Dəmirovun, “Əbdülxalid” ləqəbli F. Sadıqovun, T. Alməmmədovun və “Abdullah” ləqəbli S. Məmmədovun tutulması üçün bu il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı qrup üzvlərindən M. Ulubəyov, T. Alməmmədov, Q. Dəmirov və S. Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2017 11:36 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |