إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən maarifləndirici tədbir keçirib

Yanvarın 26-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Ahlibeuyt.az-ın verdiyi xəbərə görə,bu barədə DQİDK mətbuat xidməti məlumat yayıb.

Tədbirdə “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Aslan Sultanov, Sabunçu Rn-u İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, hüquq-mühafizə orqanlarının əməkdaşları, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan dini icmanın sədri və axundu Musa Qasımov həyata keçirilən layihənin əhəmiyyətindən danışıb və  dindarlara göstərilən qayğıya görə dövlət rəhbərliyinə təşəkkürünü bildirib. Natiq bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev cəmiyyətimizin bu təhlükədən qorunması üçün təhsilə xüsusi önəm verilməsinin vacibliyini qeyd edib. Bildirib ki, ölkə başçısı tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi ilə Azərbaycanın timsalında bütün dünyaya İslam ölkələrinin həmrəyliyi, tərəqqisi və inkişafı ilə bağlı nümunə təqdim edilməkdədir.

C. Əliyev İslam dininin sülh, mərhəmət və qardaşlıq dini olduğunu, dini dəyərlərin xüsusilə gənclərə düzgün çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Sabunçu rayonu ərazisində maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərdən və bu tədbirlərin dini duruma müsbət təsirlərindən söhbət açıb.

Sonda Sabunçu Rn-u İcra Hakimiyyəti şöbə müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov öz çıxışında dini radikalizmin cəmiyyət üçün təhlükə mənbəyi olduğunu qeyd edərək təmsil etdiyi qurumun dini sahədə fəaliyyəti haqqında geniş məlumat verib.

Tədbirin yekununda məscid dindarları və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Yanvar, 2017  15:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!