|
|
İslam dünyasının media rəhbərləri bir araya gəlməlidir - Mübariz QurbanlıDünya mediasında, təəssüf ki, narahatedici çoxsaylı məqamlar var. Bu gün dünya mediasında İslamı gözdənsalma kampaniyası gedir və İslam dünyası, İslam dini haqqında aşağılayıcı fikirlər səsləndirilir, mənfi rəy formalaşdırılmağa cəhd edilir. Məhz bu kampaniyalara qarşı həmrəylik nümayiş etdirilməlidir". Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Komitə sədri deyib ki, islam dünyasının media rəhbərləri bir araya gəlməli, daha effektiv fəaliyyətlə bağlı vahid platforma hazırlanmalıdır. Bu, başqalarına qarşı deyil, özünümüdafiə məqsədi üçün həyata keçirilməlidir. Azərbaycan parlamentinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında təmsil olunur. Həmin qurumda Azərbaycan öz mövqeyini ortaya qoyur və həmrəylik nümayiş etdirir. Zənnimcə, müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə həmrəylik daha da gücləndirilməlidir. Prezident İlham Əliyevin Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi dini baxımdan deyil, digər aspektlər baxımından da vəzifələri müəyyənləşdirir ki, bunları da həyata keçirməklə İslam dünyasında dövlətlərarası, xalqlararası yaxınlaşmanı daha da sürətləndirə bilərik. İslam dini bizi birləşdirir və ortaq dəyərimizdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2017 16:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |