|
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə Mənəvi Dünya İctimai Birliyi yeni layihəyə başlayıbQızların və gənc qadınların əmək bazarında iş əldə etmələrini asanlaşdırmaq üçün İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə Mənəvi Dünya İctimai Birliyi yeni layihəyə başlayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin rəsmi facebook səhifəsində məlumat verilmişdir. “Peşəkar aşpaz” və “Mənim sehirli dayəm” adlanan layihələr çərçivəsində xanımlar üçün aşpazlıq və dayəlik üzrə ödənişsiz praktiki təlimlər keçiriləcək. Layihənin partnyorları Azərbaycan turizm və menecment universiteti və Ailə, qadın və uşaq məsələləri üzrə dövlət komitəsidir. Təlimin müddəti 2 aydır. Təlim bitdikdən sonra iştirakçılara müvafiq sertifikat təqdim olunacaq. Gələcəkdə bu sahədə çalışmaq istəyən xanımlar rm_ahmedova@hotmail.com elektron ünvanına CV-lərini göndərə bilərlər. Qeyd edək ki, "Mənəvi Dünya İctimai Birliyi"nin sədri ilahiyyatçı alım "Məşədi Dadaş" məscidinin imam camaatı Hacı Şahin Həsənlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2017 14:50 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |