إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Tərtər şəhər “Cümə” məscidi dini icması maarifləndirici tədbir keçirib - Foto

Yanvarın 23-də dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Tərtər şəhər “Cümə” məscidi dini icması "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər R-nu İcra Hakimiyyəti(RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tərtər RİH  şöbə müdir müavini Elvin Umudov tədbiri giriş sözü ilə açaraq son illər Tərtər rayonunda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Sonra DQİDK-nın Ağcabədi bölgə müdiri Əlizadə Nəcəfov, Tərtər şəhər "Cümə" məscidinin axundu, dini icmanın sədri Sadiq Cəfərov və rayon ağsaqqalı İman Almuradov mövzu ilə bağlı məruzə ediblər. Çıxışlarında rayondakı dini durum, maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti, dini ekstremizm və radikalizmlə mübarizədən bəhs ediblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2017  12:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!