|
|
Bakıda Azərbaycan və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin forumu keçiriləcək Bu ilin birinci yarısında Azərbaycan və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələri arasında Bakı şəhərində strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məqsəd iqtisadiyyat, ticarət, sərmayələr, enerji, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, mədəniyyət və idman kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin müəyyən edilməsi və biznes dairələri arasında birbaşa təmasların təşviq edilməsidir.
Tədbirdə Azərbaycan və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv dövlətlərinin yüksək vəzifəli rəsmiləri, müvafiq olaraq xarici işlər, iqtisadiyyat, ticarət və sənaye nazirlikləri, ticarət palataları, iş adamları, özəl şirkətləri, suveren fondları və maliyyə-investisiya korporasiyalarının nümayəndələrinin geniş tərkibdə iştirakı nəzərdə tutulur.
Forumun təşkili ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti 2016-cı ilin dekabrında Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin Ər-Riyadda yerləşən mənzil-qərargahına səfər edib və görüşlər keçirib.
Məlumatda qeyd olunur ki, Azərbaycan və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələri arasında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan strateji və iqtisadi forum hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Qeyd edək ki,Fars Körfəzi Əməkdaşlıq şurasına Bəhreyn,BƏƏ, Qətər,Kuveyt Səudiyyə Ərəbistanı və Oman daxildir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2017 11:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |