|
Komitə sədri: "Məzhəblərarası qarşıdurmanı təşviq edən kitabların yayılmasını məqsədəuyğun saymırıq"“Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var. Bu qanuna əsasən, Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən dini məmulatlar, o cümlədən kitablar rəy alındıqdan sonra yayıla bilər”. Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri qeyd edib ki, bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən, buna çağıran fikirlər öz əksini tapıb: “Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirə çıxara bilər". Komitə sədri əlavə edib ki, əksər ölkələrdə bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var və bu həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur: "Xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır. Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var, onlara qarşı da mübarizə aparılır. Bizdə bununla bağlı xüsusi qrup var və bu məsələnin üzərində işləyir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2017 17:36 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |