|
|
Azərbaycan prezidenti Şəhidlər Xiyabanını ziyarət edib1990-cı il yanvarın 20-də baş verən hadisələrin 27-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb. Bu gün xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanı kütləvi şəkildə ziyarət olunur. Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axını davam edir, şəhid məzarlarının üzərinə al qərənfillər düzülür. Bu, qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramın parlaq təcəssümüdür. Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib. Dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb. Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri - baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, din xadimləri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər. Qeyd edək ki,bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.Məlumata görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2017 12:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |