إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

ANONS: 20 Yanvarla bağlı yeni görüntülər yayımlanacaq - "Kardeş Acısı"

27 İl öncə yaşadığımız "20 Yanvar" faciəsi ilə bağlı yeni görüntülər gündəmə gəlir. Görüntülər faciənin yaşandığı günlərdə Türkiyədə çəkilsə də, bir sıra səbəblərdən bu günə qədər yaymlanmayıb.

Ahlibeyt.az-ın məlumatına görə,"Kardeş Acısı" adlı sənədli filmi 19 yanvar 2017-ci il tarixdə Bakı vaxtı ilə 23.00-da Azərbaycanın İNTERAZ kanalında, 20 yanvar 2017-ci il tarixdə (cümə günü) isə Bakı vaxtı ilə 23.00-da (İstanbul saatı ilə 22.00-da) Türkiyənin On4 TV kanalında yayımlanacaq.

Faciəni  yaşadığımız günlərdə soydaşlarımızın məskunlaşdığı Türkiyənin İqdır şəhərində Azərbaycanın acısına şərik olmaq və müstəqillik mübarizəsinə dəstək üçün irimiqyaslı mitinq keçirilir.Bu günə qədər yayımlanmayan bu  mitinqin görüntülərini İstanbulda fəaliyyət göstərən "Doruk Medya" şirkəti gündəmə gətirir.

Şirkətin, 27 il yayınlamayan bu görüntülərdən ibarət hazırladığı "Kardeş Acısı" sənədli filmi bu gecədən yayımlanacaq.

Məsələ ilə bağlı açıqlama verən şirkətin rəhbəri Hüseyin Atam bildirib: "Azərbaycanın müstəqillik mübarizəsini öz mübarizələri hesab edən iqdırlılar o zamankı məhdud imkanları ilə "20  Yanvar Qətliamı" üçün səslərini ucaltdılar. İqdırlıların "20 Yanvar Qətliamı" üçün 1990-cı ildə gerçəkləşdirdiyi, İqdır tarixinin ən böyük mitinqi olan bu mitinqin görüntülərindən yola çıxaraq "Kardeş Acısı" adlı sənədli filmi hazırladıq. Eyni zamanda bu filmin işlənməsində əsas hədəflərdən biri də bu görüntülərin tarixdə fiksə edilməsidir. Məhz bu məsuliyyətlə işlədiyimiz "Kardeş Acısı" adlı sənədli filmi bu gün və sabah Azərbaycan və Türkiyə kanallarında yayımlanacaq. Bir daha əziz Azərbaycan xalqına faciə münasibətilə başsağlığı verir, 27 il boyunca olduğu kimi, bu gün də bacı-qardaşlarımız kədərlərinə şərik olduğumuzu bildiririk".

Qeyd edək ki,filmi internet üzərindən birbaşa olaraq http://interaztv.com və www.on4.com.tr/ izləmək mümkün olacaq


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2017  09:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!