|
|
Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərini deyil, daha çox real hərəkət gözləyirik". Ahlibeyt.az-ın Salamnwes-a istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib. Bahar Muradova qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi. "Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanları var. Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Hesab edirəm ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib". Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə açıqlamasında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirib. Öz növbəsində Elmar Məmmədyarov Sergey lavrovun Dağlıq Qarabağla bağlı açıqlamasına münasibət bildirərək qeyd edib ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin ediləcək və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2017 12:06 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |