|
|
DQİDK sədri: “Xaricdə terrorçuluqla məşğul olan vətəndaşların Azərbaycana buraxılmaması qanuni addımdır”Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak edən şəxslərin vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlanılmasına münasibət bildirib. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, M. Qurbanlı deyib ki, "Dini ekstremizm haqqında" qanuna və referendumda Konstitusiyaya edilən düzəlişlərə əsasən, Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrə, terror qruplarında iştirak edən şəxslərin ölkəyə girişi qadağan edilib. Dövlət Komitəsinin sədri bildirib ki, həmin şəxslər avtomatik vətəndaşlığı itirmiş sayılırlar: "Əgər bir adam öz ölkəsi yox, xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edirsə, terrorla məşğul olursa, cinayətlər törədirsə, həmin adam ölkəyə buraxılmır. Bu da qanuni bir addımdır". Qeyd edək ki, 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2017 11:53 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |