|
|
Azərbaycandan kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətinə qatılan 58 nəfər vətəndaşlıqdan çıxarılıb"Son beş il ərzində 68.270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib". Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirədə xidmətin rəisi Firudin Nəbiyev hesabat məruzəsində bildirib. Azərbaycan hüdudlarından kənarda 58 nəfərin dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib. Xidmət rəisi xüsusi vurğulayıb ki, görülən tədbirlər ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır. 2016-cı ildə 7.956 ikili vətəndaşlığı olan şəxs müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır. Hesabat dövründə qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Avropa İttifaqı ilə imzalanmış readmissiya sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olduğu müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2017 17:13 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |