|
Hacı Şahin Həsənli: Özünü din xadimi adlandıran bəzi insanlar var ki, heç bir dini təhsil almayıblarDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına dair keçirdiyi konfransda Azərbaycanda reket mollaların olmasına diqqət çəkmişdi: “Araşdırsanız, görərsiniz ki, məzarlıqda dalaşanların mollalıq etməyə icazəsi də yoxdur. Özü özünü molla kimi təqdim edir. Bunlar reket mollalardır”. Maraqlıdır, reket mollalarla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər hansı tədbir görürmü?Ümumiyyətlə, reket mollalara qarşı hüquqi iş aparıla bilərmi? Onların sayı çoxdurmu? Ahlibeyt.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi. “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. “Özünü din xadimi adlandıran bəzi insanlar var ki, heç bir dini təhsil almayıblar. Amma müəyyən yas mərasimlərində, yaxud da qəbiristanlıqlarda məclis aparırlar. Halbuki, Qurandan xəbərdar olan insan həmən dəqiqə bilir ki, o, heç Quran da oxuya bilmir. Bu cür insanların Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən hər hansı formada məclis aparmaq səlahiyyəti yoxdur. Ona görə də insanlar din xadimlərinə müraciət edərkən bir qədər diqqətli olmalıdırlar ki, bu işə səlahiyyətli insanları cəlb edə bilsinlər. Çünki o cür insanların Quran oxuması düzgün deyil”. İlahiyyatçının sözlərinə görə, reket mollalarla bağlı insanlardan QMİ-yə şikayət daxil olmayıb. “Sadəcə, QMİ tərəfindən mütəmadi olaraq, təkmilləşdirmə kursları keçirilir. Bəzi din xadimlərinə səlahiyyət verilir ki, yas mərasimlərində iştirak edib, məclisi idarə etsinlər. Eyni zamanda, belə mollalarla bağlı QMİ məsuliyyət daşımır. Bunun hüquqi mexanizmi yoxdur. Sadəcə olaraq, insanlar özləri etimad etdikləri, dini görüşlərinə əmin olduqları din xadimlərinə etibar etməlidirlər. Bu cür reket mollalarla mübarizə apararkən insanlar diqqətli olmalıdırlar. Çünki bunu qanunla tənzimləmək mümkün deyil”. Hacı Şahin Həsənli, reket mollaların uzaqlaşdırılmasından xəbərsiz olduğunu deyib. “QMİ tərəfindən uzaqlaşdırılan reket mollalarla bağlı konkret nəsə deyə bilməyəcəm. Xəbərim yoxdur”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2017 16:48 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |