|
|
Azərbaycan Müdafiə Nazirliyi: Düşmən mövqelərinə cavab atəşi endirilibErmənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. Ahlibeyt.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatınagörə, yanvarın 15-də axşam saatlarından başlayaraq gecəyədək Ermənistan silahlı qüvvələrinin bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Hərbi qulluqçularımız arasında itki yoxdur. Düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hazırda cəbhəboyu zonada əməliyyat şəraitinə bölmələrimiz tam nəzarət edir və atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2017 16:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |