|
İtaliyalı xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul edibMəşhəd şəhərində İmam Rzanın (ə) pak hərəmini ziyarət edən Roksana Elena Neqra adlı italiyalı xanım İslam dini barədə apardığı araşdırmalardan sonra, səmavi dini öz yeni dini kimi seçib. Ahlibeyt.az-ın müqəddəs hərəmin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İslam dinini qəbul edən İtaliyalı xanım AstanNews müxbirinə bildirib: "Mən psixologiya fakültəsinin tələbəsiyəm və Allaha daha yaxın olmaq və hüzura yetişmək, eləcə də xəstələrimin müalicəsi üçün araşdırma aparırdım və İslam dininin bütün bu xüsusiyyətlərə malik olduğunu qənaətinə gəldim". Roksana Elena Neqra müsahibəsinin davamında qeyd edib: "Mən İmam Rzanın pak hərəmini ilk dəfədir ki,ziyarət edirəm və bu anlar mənim üçün unudulmaz bir hadisədir. Mən İslamı dərk etmək üçün Quranı oxudum. Hazırda "Nəhcül Bəlağə" və digər hədis kitablarını oxuyuram, çünki bu kitablar məni bu dinin təməllərinə tərəf yönəldir. Yeni müsəlman olanlar üçün ən gözəl yol, İslamla bağlı kitab oxumalarıdır, çünki bu iş onları İslam dininin həqiqətlərinə yönəldəcəkdir". İtalyalı xanım açıqlamasının davamında buyurur: "Əhli Beytlə (ə) tanış olmaq, insanın İslam dini istiqamətində addım atması və bu dinin təlimləri ilə tanış olması üçün zəmin yaradır". Qüds Rəzəvi ostanının xarici zəvvar işləri idarəsi tərəfindən yenicə müsəlman olmuş italiyalı xanım Roksana Elena Neqraya İmam Rza(ə) hərəminə aid açıqça və digər hədiyyələr təqdim edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2017 12:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |