|
“Hacı Seyid Siracəddin” məscidi dini icması maarifləndirmə tədbiri təşkil edib - FotoDini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Quba rayon II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması kəndin “Molla Hud” məscidində “Mədəni müxtəliflik: Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli” layihəsi çərçivəsində “Dini radikalizmlə mübarizədə multikultural dəyərlərin rolu” adlı tədbir keçirib. Ahlibeyt.az-ın Dini komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, , Quba Rayon İcra Hakimiyyəti şöbə müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RİH başçısının II Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Dəyanət Hacıyev, II Nügədi kənd bələdiyyəsinin sədri Mübariz Qələmiyev, II və əraziyə daxil olan kəndlərin sakinləri, dindarlar, gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Tariyel İbrahimov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edərək bildirib ki, ölkəmizdə radikalizmə meyillənmə halları xeyli azalıb, əsrlərlə mövcud olan ənənəvi dini inanclara hörmət hissi daha da artıb. Qeyd edib ki,bu il ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunub. Hər birimizin əsas vəzifəsi respublikamızda mövcud olan ictimai-siyasi və dini sabitliyi qorumaq, dini radikalizmə, separatizmə və ekstremizmə qarşı birgə mübarizə aparmaqdır. Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycanda mövcud olan ənənəvi İslamın xüsusiyyətləri dünyanın ən mütərəqqi ölkələri tərəfindən də tədqiq və təbliğ olunur. Ölkəmizdə dini sahəyə dövlətin qayğısını xüsusi vurğulayan natiq bildirib ki, dövlət başçısının müvafiq sərəncamları və göstərişləri ilə ölkəmizdə yüzlərlə ibadət evləri tikilir, yenidən bərpa edilərək dindarların ixtiyarına verilir. Təəssüflər olsun ki, bəzi şəxslər radikal dini cərəyanların təsiri altına düşür, ölkə qanunvericiliyinə zidd olaraq başqa ölkələrdə gedən münaqişələrdə iştirak edirlər. Onlar İslam dininin prinsiplərinə tamamıilə zidd əməllər törədirlər. Gənclərimizi düzgün maarifləndirmək lazımdır. II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov çıxışında dövlətin dini icmalarına göstərdiyi qayğını yüksək qiymətləndirdiyini bildirib, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə də Prezident İlham Əliyevə minnətdarlığını bildirərək qeyd edib ki, dini icmalara göstərilən qayğı onlarda ruh yüksəkliyi yaradır və dövlətə olan inamı daha da möhkəmləndirir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2017 09:10 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |