|
|
Azərbaycan prezidenti İlham Əliyevdən R.T.Ərdoğana və türk xalqına təbrik məktubuPrezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Ahlibeyt.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident
Əziz Qardaşım!
14 yanvar 1992-ci il tarixi Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması günüdür. Bu əlamətdar hadisənin 25 illiyi ilə əlaqədar Sizi təbrik edir, dost və qardaş Türkiyə xalqına ən xoş və səmimi arzularımı çatdırıram.
Müstəqil Azərbaycanın tarixində qardaş Türkiyə diplomatik əlaqələr yaratdığımız ilk dövlətdir. Xalqlarımız və ölkələrimiz arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanır. Ötən illər ərzində “bir millət-iki dövlət” prinsipi dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə edib.
Dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələrimiz bu gün birgə səylərimizlə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan-Türkiyə tərəfdaşlığı xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir. Əminəm ki, Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcək.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına isə daim sülh və firavanlıq arzulayıram".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2017 16:25 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |