|
|
Zaqatalada “Dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilibYanvarın 10-da Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər 2 saylı tam orta məktəbdə “Dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib.
Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,tədbiri giriş sözü ilə məktəbin direktoru Vasif Əfəndiyev açaraq şagirdlərin milli ruhda tərbiyəsinin vacibliyindən danışıb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən, milli dəyərlərimizə qarşı yönələn yad ünsürlərlə mübarizənin əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov xalqın kimliyinin qorunmasında və çağdaş dünyaya inteqrasiyasında milli dəyərlərin yeri məsələsinə toxunub və müasir dünya ilə ayaqlaşan gənc nəslin bu məsələlərə diqqət yetirməsinin vacibliyini dilə gətirib.
Sonda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Regional şöbəsinin direktoru Cövhərət İbrahimova ailə dəyərlərinə diqqət çəkib və cəmiyyətin əsas nüvəsi olan ailə dəyərlərinin hərtərəfli öyrənilməsinin önəmini vurğulayıb.
![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2017 09:41 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |