|
|
ATƏT-in Minsk qrupu Azərbaycan hərbçisinin meyitinin dərhal vətənə qaytarılmasına çağırırATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Ermənistanı Azərbaycan hərbçisinin meyitini dərhal vətənə qaytarmağa çağırır. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında yayılan bəyanatda deyilir. Bəyanatda bildirilir ki, atəşkəs rejiminin pozulması qəbuledilməzdir və həmsədrlər tərəfləri vəziyyətin sabitləşməsi üçün zəruri tədbirlər görməyə çagırır. Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2017 11:56 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |