|
|
“Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabı işıq üzü görübAzərbaycan Milli Elmlər Akademiyası(AMEA) Rəyasət Heyətinin qərarı ilə nəşr olunmuş kitabda orta əsr ərəb tarixi və coğrafi mənbələrindən istifadə olunub.Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Akademik Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabı işıq üzü görübAMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabı nəşr olunub. Nəşrdə müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycanın VII əsrin ortalarına yaxın Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan, XIII əsrin əvvəllərində monqol hücumları ilə tamamlanan altı əsrlik dövrü əhatə olunub. Əsərdə, Xilafətlə IX-XII əsr Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilib. Kitabda bəhs edilən dövrün ərəbdilli on beş qaynağından Azərbaycana dair məlumatın şərhlərlə tərcüməsi verilmiş, ərəb işğalı nəticəsində Azərbaycan əhalisinin tarixində baş vermiş köklü dəyişikliklər araşdırılmışdır. Kitab tarixçi və şərqsünaslar, eləcə də Azərbaycanın erkən orta əsrlər dövrü tarixi və tarixi coğrafiyası ilə maraqlananlar üçün nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2017 16:55 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |